Arif Babayevin son vəziyyəti: Bakıda səhv müalicə alıb - YENİLƏNDİ


Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-un sorğusuna cavab olaraq Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumata görə, Xalq artisti Bakıda ağır pnevmoniya keçirib.

"Səhv müalicə alıb, vəziyyəti gərginləşib. Pnevmoniyanın qalıqları var. Hazırda tənəffüs pozğunluğu müşahidə olunur, saturasiyası və təzyiqi aşağıdır. Oksigen aparatına qoşulub, müalicə olunur, vəziyyəti olduqca ağırdır", - Qax xəstəxanadından qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl də səhhəti ağırlaşan Arif Babayev Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.

xxx

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Turkustan.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanaların birinə gətirilməsi üçün hazırlıq işləri görülür.


MANŞET XƏBƏRLƏRİ