Hazırda Ermənistanda Azərbaycan vətəndaşlarının adına qeydiyyatdan keçmiş heç bir daşınmaz əmlak yoxdur.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi məlumat yayıb.
“Türkiyə vətəndaşları Ermənistanda 60 daşınmaz əmlak qeydiyyatdan keçirib”, - məlumatda deyilib.
Qeyd edək ki, Kadastr Komitəsi 2022-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistanda iki əmlak aldığını bildirmişdi.