Türkiyə Milli Müdafiə Nazirliyi İrandan Türkiyə istiqamətinə üçüncü raket atılması barədə məlumatı təsdiq edib.
Turkustan.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda deyilir:
“İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO qüvvələri tərəfindən zərərsizləşdirilib”.
Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra İrandan Türkiyə istiqamətində 2 raket atılmışdı. Sözügedən raketlər də NATO qüvvələri tərəfindən vurulmuşdu.

Bizim.Media