Pakistanın ordusu Əfqanıstan ərazisinə növbəti hava zərbələri endirib.
Turkustan.az xəbər verir ki, bu barədə "TOLO Nyus" telekanalı Əfqanıstan hökumətinin rəsmisi Zəbihulla Mücahidə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Kabil, həmçinin Kəndəhar, Paktiya və Paktika əyalətlərindəki obyektlər hücumlara məruz qalıb. /axar.az/