Türkiyə İrana zərbə endirəcək? - Müdafiə Nazirliyi xəbərdarlıq etmişdi


“Ötən gecə Türkiyənin Adana vilayətinin səmasında növbəti raket vurulub. Raketin İncirlik hərbi bazasına yönəldiyi şübhə doğurmur. Lakin Türkiyə hökuməti bu saata qədər hadisə haqqında məlumat yaymayıb”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O xatırladıb ki, əvvəlki iki hadisədən sonra Türkiyə Milli Müdafiə Nazirliyi İrana xəbərdarlıq edərək cavab haqqı olduğunu bəyan etmişdi:

“İndi yenə eyni məzmunlu bəyanat vermək gülünc görünər və Türkiyənin çəkindirici gücünü şübhə altında qoyar.

İncirlikdə yerləşən hərbi baza (10-cu ana jet üs komutanlığı) yüzdə yüz Türkiyə Hava Qüvvələrinə məxsusdur. Sadəcə olaraq, NATO çərçivəsindəki razılaşmalara uyğun olaraq bu aviabazadan ABŞ və digər NATO ölkələri də istifadə edir.

Türkiyə Milli Müdafiə Nazirliyi dünən sosial mediada “İncirlik bir Türk bazasıdır” yazısı ilə aviabazanın fotosunu paylaşmışdı. Yəni bu aviabazanı hədəf almaq açıq şəkildə Türkiyəni hədəf almaq deməkdir”./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ