CENTCOM: ABŞ hərbi təyyarəsi qəzaya düşdü, səbəb araşdırılır


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 yanacaqdoldurma təyyarəsinin İraqın qərbində qəzaya uğradığını və hadisənin dost hava məkanında baş verdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Mərkəzi Komandanlığın yazılı açıqlamasında hadisənin İrana qarşı əməliyyatın bir hissəsi kimi baş verdiyi bildirilib.

Bəyanatda hadisə zamanı iki təyyarənin xidmətdə olduğu və qəzadan sonra onlardan birinin zədələndiyi, digərinin isə təhlükəsiz şəkildə eniş etdiyi bildirilib.

Hadisə və ya vurulan təyyarədəki personalın sayı barədə ətraflı məlumat verilməyən açıqlamada qəzanın düşmən və ya dost atəşi nəticəsində baş vermədiyi və xilasetmə işlərinin hələ də davam etdiyi bildirilib.

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İraqın qərbində yanacaq dolduran təyyarəsini vurduğunu və nəticədə heyət üzvlərinin öldüyünü iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ