ABŞ prezidenti Tramp G7 liderləri ilə onlayn görüşdə İranın "təslim olmaq üzrə olduğunu" bildirib.
Turkustan.az xəbər verir ki, Axios-un məlumatına görə, Tramp "Epik Qəzəb" əməliyyatının nəticələri ilə öyünərək deyib: "Mən hamımızı təhdid edən xərçəng xəstəliyini məhv etdim".
Məlumata görə, Tramp görüşdə heç kimin İran liderinin kim olduğunu bilmədiyini və buna görə də təslim olacağını elan edəcək heç kimin olmadığını bildirib.
Tramp İranın yeni lideri Müctəba Xameneinin sağ olduğunu, lakin yaralandığını açıq şəkildə elan etmişdi.
Aytən Yaşar/ Turkustan.az