Faiq Ələkbərli “Türk-Oğuz dünyasında Azərbaycan Əfşar-Türk dövlətinin yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib


26-27 may 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə “Ortaq Türk Kültürü: Oğuz türkmənlərn dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Həmin beynəlxalq elmi simpoziumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk-Oğuz dünyasında Azərbaycan Əfşar-Türk dövlətinin yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib. Faiq Ələkbərli bildirib ki, əfşarlar, o cümlədən Azərbaycan Əfşar-Türk dövləti Türk xalqlarının həyatında mühüm rol oynamışdır. Tarixdə bir çox dövlətlər yaradan əfşarların sonuncu ən böyük dövlətini Nadir şah Əfşar yaratmış, qısa ömür sürməsinə baxmayaraq Türk tarixində, mədəniyyətində öz sözünü demişdir.


MANŞET XƏBƏRLƏRİ