ABŞ iqtisadiyyatında seysmik şok! 85 ildə ilk dəfə


ABŞ-ın milli borcu ölkə iqtisadiyyatının həcmini üstələyib.

Turkustan.az xəbər verir ki, son məlumatlara görə, dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 100 faizi keçərək kritik həddə çatıb.

Məsul Federal Büdcə Komitəsinin (CRFB) açıqladığı rəqəmlərə əsasən, 31 mart tarixinə ABŞ hökumətinin ümumi borcu 31,27 trilyon dollar təşkil edib. Eyni dövrdə ölkənin illik nominal ÜDM-i 31,22 trilyon dollar olaraq hesablanıb. Beləliklə, borcun ÜDM-ə nisbəti 100,2 faizə yüksəlib.

CRFB prezidenti Maya MakQineas bu vəziyyəti “güclü xəbərdarlıq siqnalı” kimi qiymətləndirib. O bildirib ki, borcun iqtisadiyyatı üstələməsi tarixi orta göstəricidən təxminən iki dəfə yüksəkdir və bu tendensiya əsasən siyasi qərarların gecikməsi ilə bağlıdır.

Ekspertlər xəbərdarlıq edir ki, borc nisbəti İkinci Dünya Müharibəsindən sonra ən yüksək səviyyələrdən biri olan 106 faizə çata bilər. Bu dəfə isə artımın səbəbi qlobal böhran deyil, maliyyə intizamının zəifləməsi ilə izah olunur.

Mütəxəssislər artan borcun uzunmüddətli iqtisadi riskləri daha da gücləndirdiyini vurğulayır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ