Trampa sui-qəsd cəhdinin – Yeni videosu


Vaşinqton prokuroru ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi mətbuat nümayəndələri üçün təşkil olunan təntənəli şam yeməyində baş verən hücum anının yeni videogörüntülərini dərc edib.

Turkustan.az xəbər verir ki, bu barədə hadisənin istintaqını aparan Janin Pirro X hesabında məlumat yayıb.

Yayımlanan videoda Koul Allen adlı şəxsin Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmət əməkdaşını güllələdiyi anlar yer alıb.

Bildirilib ki, təhlükəsizlik xidmətinin nümayəndəsi yaralansa da, onu ölümdən zirehli jilet xilas edib.

Tramp həyat yoldaşı və digər rəsmilərlə birlikdə zalı xəsarətsiz tərk edə bilib, tədbir yarımçıq dayandırılıb və məkan təxliyə edilib./axar.az


MANŞET XƏBƏRLƏRİ