Tramp Almaniyadan sonra bu ölkələrə də söz atdı: Qoşunlarımızı çıxaracağıq!


ABŞ prezidenti Donald Tramp Almaniyadan qoşunların çıxarılması ehtimalı ilə bağlı suala cavab verərkən İspaniya və İtaliyaya da toxunub.

Turkustan.az xəbər verir ki, Tramp bu addımın mümkün olduğunu bildirib: “Yəqin ki, bu mümkündür. Niyə də etməyim? İtaliya bizə heç kömək etməyib, İspaniya isə çox pis davranıb”.

Prezident qeyd edib ki, Almaniyadan qoşunların çıxarılmasından sonra İspaniya və İtaliyadakı Amerika hərbi qüvvələrinin də geri çəkilməsi məsələsi nəzərdən keçirilə bilər.

Tramp bu açıqlamaları Oval Ofisdə prezident sərəncamı imzaladıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən verib. O, çıxışında həmçinin İranla bağlı məsələlərə də toxunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ