SON XƏBƏR: Estoniya Rusiya ilə bütün sərhəd-keçidlərini bağlayır


Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini dekabrın 1-dən etibarən bağlayacaq.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

Onun sözlərinə görə, sərhədin bağlanması Rusiyanın Estoniyada “düşmənçilik fəaliyyəti” həyata keçirmək imkanlarını məhdudlaşdırmalı və sanksiyalardan yayınma hallarının qarşısını almağa kömək etməlidir.

Estoniyanın xarici işlər naziri qərar barədə Finlandiya, Latviya və Litvanın xarici işlər nazirlərini məlumatlandırıb(APA).


MANŞET XƏBƏRLƏRİ