Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az xəbər verir ki, qəza rayonun Dırnıs kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı bildirilir.
Hadisənin təfərrüatı dəqiqləşdirilir. (Oxu.az)