Dəfn mərasimini qana bulamışdılar: Hər üçü edam ediləcək


İordaniya məhkəməsi ötən ay Karak şəhərindəki kilsəyə silahlı hücum törətməkdə təqsirli bilinən üç nəfəri edam cəzasına məhkum edib.

Turkustan.az rəsmi “Petra” agentliyinə istinadla xəbər verir ki, məhkəmə həmin terrorçuları doqquz nəfərin ölümünə səbəb olan terror aktı törətməkdə təqsirli bilib.

Agentlik bildirib ki, onlar, həmçinin odlu silahdan istifadə edərək terror aktları törətmək və terrorçu qrupun ideologiyasını təbliğ etməkdə təqsirli biliniblər. Onlardan birinin terror aktlarını maliyyələşdirmək üçün vəsait təmin etməkdə də təqsirli bilindiyi əlavə edilib.

Terrorçuların hücumu oktyabrın 23-də İordaniyanın qərbindəki Karak şəhərindəki kilsənin içərisində dəfn mərasimi zamanı baş verib: nəticədə doqquz nəfər qətlər yetirilib, 34 insan yaralanıb. İordaniya İctimai Təhlükəsizlik İdarəsi oktyabrın 26-da bildirib ki, üç hücumçu birgə axtarış əməliyyatlarından sonra həbs edilib. Qeyd olunub ki, təhlükəsizlik qüvvələri hücumçuları Karakdakı tərk edilmiş evdə tapıblar. Onlar təslim olmaqdan imtina edib və atəş açıblar.

Əməliyyat terrorçuların yaxalanması ilə başa çatıb, onların hər üçü yaralanıb. Terror aktı törədən şəxslərdən odlu silahlar və sursat götürülüb. Təhlükəsizlik qüvvələrinin heç bir əməkdaşı xəsarət almayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ