Ruslar Ukraynada bir neçə cəbhədə irəliləyirlər.
Turkustan.az xəbər verir ki, Ukraynanın "DeepState" analitik resursunun məlumatına görə, Rusiya piyada dəstələri Donetsk vilayətində bir sıra istiqamətlərdə irəliləyiş əldə ediblər.
Qüvvələr Konstantinovka istiqamətində Rusiny Yar yaxınlığında və Dobropillya istiqamətində Belitski şəhəri yaxınlığında irəliləyiblər. Qeyd olunur ki, ruslar Dobropillya yaxınlığında hər iki tərəfdən "boz zona"nı genişləndirir və bu yaşayış məntəqəsinə nüfuz etməyə çalışırlar.
Analitiklərin məlumatına görə, Rusiya qoşunları cəbhənin bu hissəsində əsas hücumlara başlamaq üçün hava şəraitinin daha da pisləşəcəyini gözləyirlər. Onlar Dobropilliaya birbaşa hücum etmək əvəzinə, məntəqəni yan keçməyə çalışır və bunun üçün "dərin infiltrasiya" taktikalarından istifadə edirlər.
Eyni zamanda, Rusiya qüvvələri Donetsk bölgəsindəki digər şəhərlərin gələcək müdafiəsi üçün strateji əhəmiyyət kəsb edən Kostyantinovkada üç fərqli istiqamətdən irəliləyirlər. "DeepState" mütəxəssisləri hesab edirlər ki, Ukrayna tərəfi Rusiya prezidenti Vladimir Putinin Kostyantinovkaya "humanitar missiya" aparmaq təklifi ilə qətiyyən razılaşmamalıdır./Musavat.com