Ukraynalı deputat canlı yayımda çətin vəziyyətə düşdü: Yarıçılpaq görüntülərini... - Video


Ukrayna Ali Radasının deputatı Oleksiy Kuçerenko canlı yayım zamanı telefonunun kamerasını tənzimləyərkən təsadüfən yarıçılpaq görüntülərini efirə verib.

Turkustan.az xəbər verir ki, hadisə siyasətçinin “Kyiv TV” telekanalına qoşularaq ölkədəki enerji böhranı barədə danışdığı zaman baş verib.

Aparıcı Yuliya Qloza təəccübünü gizlədə bilməsə də, verilişi davam etdirib. Kuçerenko qısa üzrxahlıqdan sonra çıxışını davam etdirib.

Qeyd edək ki, 65 yaşlı deputat canlı yayımda Kiyev vilayətində enerji obyektlərinin qorunması üçün tikilməsi nəzərdə tutulan 26 müdafiə qurğusundan heç birinin 2026-cı il oktyabrın 1-dək tamamlanmadığını bildirib.



Bizim.Media


MANŞET XƏBƏRLƏRİ