Türkiyənin vitse-prezidenti Yerevanda Paşinyanla görüşdü


Türkiyənin vitse-prezidenti Yılmaz Yerevanda Ermənistanın baş naziri Paşinyanla görüşüb.

Turkustan.az xəbər verir ki, Yılmaz Ermənistanın baş naziri Paşinyanla görüşündə Ani körpüsünün birgə bərpası ilə bağlı anlaşma memorandumunun imzalandığını açıqlayıb.
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Vitse-prezident Cevdet Yılmaz sosial media hesabında paylaşım edərək bildirib: "Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı təmsil edərək, Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşü çərçivəsində Yerevanda Ermənistanın Baş naziri cənab Nikol Paşinyanla hərtərəfli və məhsuldar görüş keçirdik."

Vitse-prezident Yılmaz paylaşımında aşağıdakı sözləri işlədib:

"Cənab Paşinyanla görüşümüz zamanı ikitərəfli münasibətlərimizi hərtərəfli şəkildə nəzərdən keçirdik. Həmçinin nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastrukturun və bağlantının gücləndirilməsi üçün atılan addımları müzakirə etmək imkanı əldə etdik. Normallaşma prosesində atılan qarşılıqlı konstruktiv addımların konkret irəliləyişlərə səbəb olmasından da məmnunuq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ