Rutte: Avropa ABŞ-dan gələn mesajı açıq şəkildə eşitdi


Mark Rutte bildirib ki, NATO daxilində Avropanın rolu artır və ABŞ-ın Yaxın Şərqdəki hadisələrlə bağlı bəzi Avropa ölkələrindən narazılığı olsa da, Avropa tərəfi lazımi mesajı qəbul edərək addımlar atır.

Turkustan.az xəbər verir ki, Ermənistanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatlarını tam dəstəkləməsə də, bu vəziyyət Vaşinqtonda müəyyən məyusluq yaradıb.

Rutte əlavə edib ki, bir sıra ölkələr artıq ikitərəfli razılaşmalar çərçivəsində hərbi baza tələbləri və logistik dəstək istiqamətində addımlar atır, həmçinin gələcək əməliyyatlar üçün vacib hərbi aktivlərin əvvəlcədən yerləşdirilməsi planlaşdırılır.

O, həmçinin qeyd edib ki, ötən il Haaqada keçirilən NATO Zirvəsində Avropa liderləri ABŞ prezidenti Donald Trump-ın müdafiə xərcləri ilə bağlı çağırışlarını qəbul ediblər və nəticədə Avropa alyans daxilində daha çox məsuliyyət götürərək rolunu gücləndirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ