Cənubi Aral - Ural dağ qurşağının sakral-fəlsəfi yurd ocaqları



Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Dini-sakral fəlsəfi təlim və mistik dünyadərkinin ruhani təməl prinsipləri Xristianlığaqədərki minilliklərdə əski Türk dünyası coğrafiyaslnda zehinlərdə Təsəvvüf dərəcəsində təşəkkül tapmış və bir çox məkanlarda milli-mənəvi sıra hörgülərində “mamırlaşmış”, İlahiyə tapınma bir sıra yer adlarında təcəlla etmişdir.

Eyni ilə, Сənubi Aral hövzəsində yaranan toponimlər Müqəddəs Haqqı Uca tutan Hun-Uyğur və Sak-Qıpçaq qəbilə-tayfa birliklərinin etnogenetik qan yaddaşına uyğun olaraq e.ə. VII-IV minilliklər dövrü kökənlidir, bu sırada Çələbi şəhəri xüsusi yer tutur. Etimoloji məna baxımından Türk mifologiyasında və eposlarında Allah, Ulu Yaradan, Hakim, Bahadur... surətləri timsalında Uca Məqama sitayiş, Onun qulu olmaq anlamında işlədilən Çələb/Çələbi sözü əsasən Hun-Uyğur-Sak dillərinin Aral/Ural ailəsi leksikonunda (xüsusilə, Başqurdlarda, İskitlərdə, Qıpçaqlarda, Bəyaz Türklərində...) geniş işlədilmiş, mistik-sakral toponim olaraq istifadə olunmuş və məna yükünə simsar törəmə feli isimlərin (sel, selab, səlib...) yaranmasına səbəb olmuşdur.

Çöl/Səhra Türkləri-Qıpçaqların əzəli yurd yerləri olan, İtil çayından, Aral/Ural dağ qurşağının cənubundən şərqə doğru ərazilərdə (Sabur/Səbir/Sibir düzəngahı ilə sərhəddə) salınmış yaşayış məntəqələrindən biri də Çələbi-Qaraqaş kəndinin (1736-cı ildən sonra şəhər) Lilliçay çay (Təbil çayının sol qolu olan İtisulu çaya (uzunluğu 606 km) tökülür, 658 km məsafədə) kənarında Qutlu Muhammad tərəfindən tikilən Qalanın yerində indi şəhərin Yaroslavl meydanı və Prokofyev Musiqi zalı yerləşir. Bu çay bölgənin ən bol sulu və uzun şəbəkəsi (658 km) Başqurd Respublikası ərazisindəki Nurəli dağından başlayaraq Görqan əyalətindən də keçərək İset çayının qolunu təşkil edir.

Bölgənin toponimləri (Çələbi-Qaraqaş şəhəri, Lilliçay çayı, İtisulu çay, Nurəli dağı, Görqan əyaləti...) sırf əski Türkdilli milli-mənəvi irs olduğundan bir sıra ğlkəşünas-tarixçilərin də etirafına səbəb olmuşdur. Çələbi-Qaraqaş şəhəri və bölgəyə bitişik relyef-landşaft, təbii məkanlar ilə bağlı toponimlərin etimoloji təhlili göstərmişdir ki, Aral/Ural dağ qurşağı və Sabur/Səbir/Sibir düzəngahı hövzələri boyunca tarixən (e.ə. VII-VI minilliklərdən başlayaraq) məskunlaşmış/yayılmış əski Hun-Quz-Qırçaq-Uyğur-Sak...dillərinin şifahi dialekt, yazılı filoloji dil üslubu minilliklərin təhrifinə uğrasa da, müasir Türk dillərinin semantikası, fonetikası, ədəbi dil üslubu...morfo-etnogenetik baxımdan olduğu kimi saxlanılmış, hətta danışıq tərzində də ifadə olunmaqdadır.

Bu baxımdan təsadüfi deyil ki, rus tədqiqatçıları olan coğrafiyaçı-toponimistlərdən N,İ,Şuvalovun (1920-2010) “Çelyabinsk xəritə üzrə Parisadən Berlinə qədər” kitabında, kartoqraf YM.Pospelovun (1923-2007) “Toponimika və kartoqrafiya” elmi əsərində, Rusiya Elmləı Akademiyasının müxbir üzvü A.K.Matveyevin (1926-2010) “Qədim Ural toponimikası və onun yaranması” məqaləsində (“Ural arxeologiyası” jurnalı, 1961-ci il, I sayı, səh. 133-141), publisist-ölkəşünas V.A.Vesnovskinin (1873-1933) “Ural boyunca” kitablarında...qeyd edilib ki, Çələbi antrotoöponimi əski Türk dillərində dini-sakral, ruhani inanc fəlsəfəsinə bağlı olmaqla bu yerlərdə yaşamış Hun-Quz-Uyğur-Qıpşaq...dil ailəsinin leksik şifahi və yazılı ədəbiyyatından alınmadır.

Filoloji-fonetik mahiyyəti baxımından Çələb/Çələbi sözü dini-ruhani məzmun kəsb etdiyindən bütövlükdə Türk-Müsəlman dünyasında, o cümlədən, Azərbaycan coğrafiyasında da bu termin xüsusi məna daşımışdır.

XV əsrdə Türk Sultanı Məhəmməd I Çələbi (1386-1421), görkəmli alim və coğrafiyaşünas Mustafa ibn Abdullah(1609-1657) “Katib Çələbi” təxəllüsünü götürüb, həyatını və ömrüün Övliya kimi yaşayan, adının belə ruhani hörmətindən doğulan Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) Ruhun və İdrakın bədii-mistik Təsəvvüfü olaraq əməllərin əsərlərin (“Cahannüma”, “Səyahətnamə”) müəllifləri idi. XVIII əsrədək Osmanlı Türkiyəsi sultanlarının şahzadələrinə Çələbi deyilərək müraciət olunub.

Allah-Təala Yolunun yolçularına Çələbi adının xitab edilməsi ənənəsinə rəğmən tatyfa-qəbilə qövmü arasında hörmətli, nüfuzlu soyların xələflərinə də bu cür müracətlər edilərə isimlərinə ehtiram olunurdu. Nəticədə Çələbilərin nəsil ardıcılları, soyköklərinin davamçıları, bu ada tapınanlar...sayca, ərazicə, nüfuza görə artdıqca onların məskunlaşdıqları və yayıldıqları ərazilərdə Çələbi/Çələbilər/Cələbiiyurd/Çələbikənd...kimi toponimlər yaranmış və Türk-Müsəlman dünyasında tarixi-coğrafi hüquq qazanmışdır.

Uzun yüzilliklərlə Qarabağ mahalında məskunlaşmış Çələbilərin soykökü ocaqlarına qarşı iddia qaldıran dinsiz hay kilsəsi və ibtidai insan-hay sürüsü hətta bu antrotoponimin etimoloji mənasını dərk etmədən sadəcə özlərinin tələffüz tərzinə uyğunlaşdırmış, saxta yolla, guya, “Craberd”-“erməni məlikliyi” kimi təqdim etmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin 05 dekabr 2023-cü il tarixli qərarı ilə Ağdərə rayonunun Çiləburt kəndi coğrafi termin kimi “Çələbibörk”, “Çələbikənd”və ya “Çələbiyurd” kimi yazılmalı idi... Məlumat üçün bildirim ki, Gəncə quberniyasının Qazax qəzasına aid olmuş Çələbiyurd kəndi hazırda Qərbi Azərbaycanın Karvansaray nahiyəsinin ərazisindədir.

Cənubi Aral/Ural bölgəsinin coğrafiyası, etnomorfogenetik təməl dəyərlərinin təsnifatında Hun-Uyğur-Qıpçaq...ailələrinin soy-dil qollarından olan və mistik-sakral fəlsəfi təlimə əsasən Qurd toteminə bağlı avtaxton Baş Qurdların şifahi və yazılı ədəbiyyatlarında toponimlərin etimoloji mənaları təbii-coğrafi şəraitə əsasən sırf əski Türk dillərinə uyğun yozumludur. Belə ki, bu ərazilərdə mövcud olan təkcə 3748 gölə aid limnotoponimlərin (Axangöl, Aragöl, Ziyarətgöl, Hungöl, Sarıgöl, Divangöl, Cəbəgöl (Quba rayonu ərazisində “Cəbələr” yay otlağı var), Uzungöl, Çərkəzgöl, Şorangöl (qədim Türkdilli Şor tayfalarının yurdları yaxınlığında), Daşgöl, Seyrangöl, Tatgöl,...) əksəriyyəti Türk mənşəlidir və “göl” sonluğu ilə bitir.

Bölgənin antroroponimləri (Çeşmə, Çələbigöl (e.ə. VI əsrdə Uyğurlar və Saklar, IV-V əsrlərdə isə Hunlar məskunlaşıb, mistik-fəlsəfi mənaca “Gözəl”, “Qəlb oxşayan” deməkdir), Qızıl, Qartal, Qaşlı, Ziyarətgöl...) etimoloji mənaca .ə. I minilliyə aid olan yaşayış məntəqələrinin yaranma tarixi, etnoqrafik tərkibi, maddi-mənəvi dəyərləri, ictimai-mədəni irsi....barədə tarixi-coğrafi məna daşıyır.

Anttrotoponimlər sırasında VI-VIII əsrlər tarixi olan Aşa/Aşin şəhərinin (Çələbi şəhərindən 377 km qərbə tərəf, Qara-Tau dağı ətəyində, Aşa çayımın mənsəbində yerləşir) etimoloji təhlili (amerikalı şərqşünas-islamşünas, Yaxın Şərq tədqiqatları Mərkəzinin rəhbəri P.B.Qolden (1941), “Mərkəzi Asiya dünya tarixində” (2011) məqaləsində, t.e.d., professor A.N.Bernştam (1910-1956), “Hunların tarixi oçerki” (1951) kitabında, t.e.n., türkoloq Y.A.Zuyevin həmmüəllif olduğu “SSRİ xalqlarının atlası”, “Kazaxstan SSR-nin tarixi atlası” nəşrlərində, arxeoloq-professor D.Q.Savinov (1941-2023), “Cənubi Sibir xalqları qədim Türk dövründə” (1984) monoqrafiyasındaS....) göstərir ki, Qara və Xəzər dənizi hövzələrindən Sakit okean sahillərinədək ərazilər əski türkdilli qəbilə-tayfa icmalarının tarixi yurdları olmuşdur, Hun-Sak-Quz-Uyğur-Qıpçaq... tayfaları (o cümlədən, Usun-Asin/Aşin qövmləri) nəinki Aral/Ural, Qıpçaq, Altay, Sabur/Sabir/Sibir....hövzələrini tutmuşdur, həm də Asiya qitəsinin orotoponimik-etimoloji genezisində həlledici rol oynamışlar.

Ümumiyyətlə, Çələbilər yurdu Qövmünün tarixi-coğrafi Təbddülat mərhələlərini (Avropa və Asiya qitələrinin təmas hissəsi, Cənubi Aral/Ural qurşağı, Qızıl nahiyəsi, Qara Hun çayı hövzəsi...) özündə yaşadan maddi-mədəni, milli-mənəvi, arxeoloji-etnoqrafik, dini-sakral...dəyərləri sırasında yazılı abidələrlərlə yanaşı, minilliklər ərzində formalaşmış filoloji irs zənginliyi, eləcə də, Hun-Quz-Sak/İskit...qəbilə-tayfa birliklərinə aid tarixi-salnamı nəşrləri (“Ural Batır”, “Ağbuzat”, “Babsak”, “Kusek” eposları, rus yazıçıları Y.İ.Zamyatinin (1884-1937) “Allahın bəlası” (1935), İ.İ.Bilıkın (1930-2012) “Areyanın qılıncı” (1927), amerikalı yazıçı U.Ditrixin (1951) “Allahın bəlası” (2008), belorus nasiri, tarixi romanlar müəllifi Q.M.Levitskinin (1964) “Şir və Atillla. Roma uğrunda bir döyüşün tarixi” (2021), alman tarixçisi və yazıçısı F.Y.Danın (1834-1912) “Atilla” (1888) romanları...) həm də əski Türkdilli xalqların etnogenzisinin, qan-soy yaddaşına işıq salmaqdadır.

R.S. Qədim Türk coğrafiyasının ticarət və qala şəhərləri sırasında, Aral/Ural qurşağı ilə Sabir/Suvar-Sibir çöllərinin sərhəddində, orta əsrlərin Qaratabun xanlığının ərazisində yerləşən Çələbi-Qaraqaş şəhər antrotoponimi...1736-cı ildən ”Çelyabinsk”, Lilliçay çayı-“Mias”, İtisulu çayı-“İset”, Təbil çayı-“Tobol”, Görgən əyaləti-“Kurqan”, Qərbi Azərbaycanda Karvansaray şəhəri-”Icevan”.... adlandırılır.

R.S.S. Qatı rus millətçiliyini və Türk-Müsəlman dünyasına qarşı irinli nifrətini iliyində, qanında, damarında (indi isə gorunda) daşıyan V.V.Jirinovski (1946-2022) bu səbəbdəndir ki, müqəddəs Türk ocaqlarının ruhani yurdlarından olan Çələbi şəhərini ayrılıqda, bütünlükdə isə qədim Aral/Ural qurşağı elatını məqsədli şəkildə təhqir edərək avam, korazehin axmaq adlandırmışdır.


MANŞET XƏBƏRLƏRİ