İlham Haqverdiyev azadlığa buraxıldı


Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəmə araşdırması başa çatıb.

Turkustan.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Mayor Haqverdiyev təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurdu. Amma məhkəmədə, demək olar ki, bütün şahidlər keçmiş rəisin lehinə ifadə verib, işə düzəlmək üçün pulu onun müavini, hazırda rəis vəzifəsini icra edən Muraz Həsənova verdiklərini deyiblər.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası yekunda təqsirləndirilən şəxsi verilmiş ittihamla təqsirli bilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən az cəza təyin etmə) maddəsi tətbiq edilib.

Hökmə əsasən, İlham Haqverdiyev 15 min manat cərimə cəzasına məhkum edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən şəxs məlumatı özü saytımıza təsdiq edib.

Qeyd edək ki, İ.Haqverdiyev 6 ay əvvəl prokurorluq tərəfindən həbs olunmuşdu.


MANŞET XƏBƏRLƏRİ