İsrail müdaxilə etdi! Sumud Donanmasından olan türklər İstanbula qayıdır


İsrailin blokadasını yararaq Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Qlobal Sumud Donanmasının üzvləri İsrail qüvvələri tərəfindən saxlanılıb.

Turkustan.az xəbər verir ki, hadisə nəticəsində 20 Türkiyə vətəndaşı fəalın da tutulduğu bildirilib.

Donanmanın yaydığı açıqlamaya görə, müdaxilədən sonra ümumilikdə 175 fəal repatriasiya məqsədilə Yunanıstanın Krit adasına aparılıb. Fəallar arasında olan Türkiyə vətəndaşlarının bu gün saat 17:00–18:00 aralığında İstanbul Hava Limanına çatması gözlənilir.

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli də məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, İsrail qüvvələrinin beynəlxalq sularda həyata keçirdiyi müdaxilə nəticəsində saxlanılan Türkiyə vətəndaşları və digər iştirakçılar artıq Krit adasına eniş ediblər və onların bu gün Türkiyəyə gətirilməsi planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ