İran: Pentaqon yalan danışır, müharibənin ABŞ-a ziyanı 100 milyardır


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Müdafiə Nazirliyinin İranla bağlı müharibə xərclərinə dair açıqlamasını təkzib edib.

Turkustan.az xəbər verir ki, Əraqçi bildirib: “Pentaqon həqiqəti demir. Benyamin Netanyahunun riskli siyasətinin ABŞ-a birbaşa maliyyə zərəri artıq 100 milyard dollara çatıb. Bu, səsləndirilən rəqəmdən dörd dəfə çoxdur.”

Nazirin sözlərinə görə, fevralın 28-də ABŞ və İsrailin hücumları ilə başlayan qarşıdurmanın real dəyəri rəsmi açıqlamalarda göstərildiyindən xeyli yüksəkdir. Əraqçi bu fikirləri ABŞ-da fəaliyyət göstərən X (keçmiş Twitter) platformasındakı paylaşımında ifadə edib və Pentaqonun 25 milyard dollarlıq hesablamasının həqiqəti əks etdirmədiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ