Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III yazı

Böyük Azərbaycan Türk filosof-mütəfəkkiri Əli Bəy Hü­seyn­za­dənin Türkçülük fəlsəfəsində əsas məsələ, Tu­ran mə­də­niy­yə­ti­nin nü­və­si olan türk­lərin qə­dim za­man­lar­da əsa­sən tə­biə­tə, tə­bi­ət sir­lə­ri­nə pə­rəs­tiş­dən iba­rət bu­lu­nan Şa­ma­nizm (Qam­lı­ğa) və Tanrıçılığa ina­nmalarını izah etməkdir. Onun fikrincə, “şa­ma­nizm” bə­zi Qam­la­rın ya da “şa­man”la­rın şar­la­tan­lı­ğı sa­yə­sin­də son­ra­lar büt­pə­rəst­lik də­rə­cə­si­nə düş­dü­yü za­man­lar­da be­lə,[1] an­caq bu büt­pə­rəst­lik, hə­min dövr­lər­də bir o qə­dər qa­ba ol­ma­yıb Mi­sir, ya­xud da Yu­nan qə­dim məz­həb­lə­ri ki­mi xu­ra­fat sə­viy­yə­si­nə en­mə­miş­dir.[2] O, türk­lə­rin il­kin inanc­la­rın­da oda olan si­ta­yiş­lə­ri­ni şa­man, ya da qam­lar­la bağ­la­yıb, İranlıların gə­li­şin­dən son­ra or­ta­ya çı­xan zər­düş­ti­lə­rin atəş­pə­rəst­li­yə aid ol­ma­ma­sı­na diq­qət çək­­miş­dir.[3] O ya­zır­dı ki, Şa­ma­nizmdən son­ra türk­lə­rin əsas di­ni-fəl­sə­fi tə­li­mi “Göy Tan­rı” ol­muş­dur. Bə­zi “şa­man”la­rın yan­lış əməl­lə­ri nə­ti­cə­sin­də “şa­ma­nizm” büt­pə­rəst­li­yə çev­ril­sə də, an­caq “şa­man” büt­pə­rəst­li­yi uzun sür­mə­­miş və Tan­rı­çı­lıq di­ni ya­ran­­mış­dır: “Fə­qət şu tə­əd­düd ila­hə ilə bə­ra­­bər Türk oğuz­lar­da vəh­dan­­iy­yə­ti-rəb­ba­niy­yə fik­ri­nə bir me­­yil bu­lun­du­ğu­na sa­hi­büs­sə­ma mə­na­­sı­na gə­lən və ila­hü­li­la­hə ol­ma­sı möh­tə­mil olan “Tan­rı”, yə­ni Gög Tan­rı və ya­xud sa­dəcə “Gög” de­ni­lən Al­la­ha də­la­lət edi­yor. Qə­dim türk­lə­rin ru­ha eti­qad­la­rı var idi. Or­xon abi­də­si­nə gö­rə ruh bir quş şək­lin­də tə­­səv­vür olu­nu­yor­du. Mov­ta­yı dəfn et­mək adə­ti də­xi ta­li­bi-diq­qət­dir”.[4]

Əli Bəy Hü­seyn­za­də­nin də yaz­dı­ğı ki­mi, bu gün türk­lə­rin, o cüm­lə­dən Azər­bay­can türk­lə­ri­nin Yaz bay­ra­mın­da tə­bi­ət ün­sür­lə­ri (od, su, tor­paq və ha­va) ilə bağ­lı ke­çir­di­yi mə­ra­sim­­lə­rin kö­kü, mən­şə­yi də zər­düş­ti­li­yə de­­yil, şa­ma­niz­mə/qam­lı­ğa ge­dib çı­xır.[5] Tan­rı­çı­lıq­dan son­ra isə İs­lam is­tis­na ol­maq­la türk­lə­rin ək­sə­riy­yə­ti baş­­qa din­­lə­rə cid­di şə­kil­də me­yil və is­te­dad gös­tər­mə­miş, gös­­tə­­rən­­­lər isə öz et­nik mən­şə­lə­ri­ni be­lə unut­muş­lar. An­caq mü­­səl­­­man türk­lər həm İs­lam alə­mi­nin mü­hüm bir is­ti­nad­ga­hı­na çev­ril­miş, həm də öz tay­fa və mil­liy­yət­­lə­ri­ni qo­ru­yub-sax­­la­mı­ş­lar.[6] O, ya­zır­dı: “Türk qə­vai­di o qə­dər sa­də, o qə­dər gö­zəl və mən­ti­qə mü­va­fiq­dir ki, onun­la ül­fət edən Türk heç bir vaxt anı tərk elə­yib, ərə­bin qə­vai­di­ni qə­bul edə­mə­yə­cə­yi aş­kar idi. İş­tə bu növ sə­bəb­lər­dən­dir ki, türk­lər di­ni-mü­bi­ni-İs­la­mı öz ruh və mə­nə­viy­­yat­la­rın­dan nə­ban et­miş ki­mi bir şöv­qi-əzim ilə də­ra­ğuş edib onun qə­vi bir ni­gəh­ba­nı ol­muş ol­duq­la­rı hal­da, əs­la ərəb­ləş­mə­di­lər və qöv­mi­yə­ti-nə­ci­bə­yi-əs­liy­yə­lə­ri mü­ha­fi­zə edə bi­lib, an­caq o yol­da tə­rəq­qiy­ya­ta məz­hər ol­ma­ğa baş­la­dı­lar”.[7] Şübhəsiz, Ə.Hüseynzadənin burada qeyd etdiyi “Türk qaydaları” məhz Türk dünyagörüşü, Türklük təlimidir.

Ümumiyyətlə, Ə.Hü­seyn­za­də­nin sosial-fəl­sə­fi ide­ya­la­rı dörd xətt­də ye­kun­­laş­­mış­dır. Hər hal­da o, Çar­lıq Ru­si­ya­sı Du­ma­sın­da­kı Mü­səl­man-Türk mil­lət və­kil­lə­ri­nə üzü­nü tu­ta­raq on­lar­dan aşa­ğı­da­kı­la­ra əməl et­mə­yi töv­siy­yə et­miş­dir. O, ya­zır­dı: “Biz İn­sa­nız: Bi­naə­nə­leyh hər şey­dən əq­dəm bü­tün Du­ma ilə bə­ra­bər bi­la­fərq məz­həb və qöv­miy­yət in­san­lı­ğı, in­san­lıq hü­qu­qu­nu mü­da­fiə edi­niz. Məz­lum olan si­nif­lə­ri za­lım sin­­if­­lə­rin tə­ca­vü­za­tın­dan azad et­mə­yə ça­lı­şı­nız, mü­sa­va­ti-tama­mə is­tə­­yi­niz. Ye­rsiz, yurd­suz əkin­çi­lə­ri­mi­zə, kənd­li­lə­ri­mizə yer-tor­paq tə­ləb edin, fü­qə­ra­yi-ka­si­bə­mi­zin şə­rai­ti-tə­əy­yü­şü­nü təs­hi­hə ça­lı­şı­nız. Biz Qaf­qaz­lı­yız: Qaf­qaz əh­li­nin öz ümu­ri-ida­rə­si­nə özü ba­xa bil­mək üçün la­zım gə­lən mux­ta­riy­yət tə­ləb edi­niz. Biz Mü­səl­ma­nız: Ona gö­rə öz əqa­yi­di-di­niy­yə­miz­də hür­­­riy­yə­ti-vic­da­nı­mı­za hər nə la­zım­sa onu is­tə­yi­niz, onu tə­ləb edi­niz. Biz Tür­küz: Di­li­mi­zin, li­sa­nı­mı­zın tə­rəq­qi­si­nə ma­ne olan hər növ səd­lə­rin, di­var­la­rın yı­xıl­ma­sı­na, rəf olun­ma­sı­na qey­rət edi­niz!..”.[8] Deməli, Ə.Hüseynzadənin fəlsəfəsində İnsanlıq, Qafqazlılıq, Müsəlmanlıq fəlsəfəsi ilə yanaşı, neçə min illərdən bəri var olan bir Türklük fəlsəfəsi də var idi.

Azərbaycan Türk mütəfəkkiri Əhməd Bəy Ağaoğlu ilk dövrlərdə İslamlığın tarixini, mədəniyyətini, fəlsəfəsini (“İslam millətçiliyi”) ortaya qoyub daha çox “İslam millətçiliyi”ni, İslamlıq təlimini müdafiə etsə də, ancaq Türklük təlimini də xidmət etmişdir. O, məqalələrinin birində ya­zır­dı ki, Türk­lük elə bir hiss, duy­ğu­dur ki, onu heç kim tür­kün əlin­dən zor­la ala bil­məz: “Türk olub­ da qəl­bi-mey­li­miz dün­ya­da, hər yer­də Türk var isə ona­dır. Bu bir his­si-tə­bii­dir. Dün­ya­da heç bir güc, heç bir zor bi­zim əli­miz­dən ala­maz”.[9]

1910-1918-ci il­lər­də Ə.Ağa­oğ­lu Tür­ki­yə­də olar­kən, xü­su­si­lə “Türk Yurd”u dərgisində “Türk alə­mi” sisl­si­lə ya­zı­la­rında İs­lam­çı­lıq­dan çox Türk­çü­lü­yün mahiyyətinə toxunmuşdur. Onun fik­rin­cə, is­la­miy­yət cə­rə­ya­nı­nın tə­rəf­dar­la­rı bil­mə­li­dir­lər ki, qöv­miy­yət (mil­liy­yət) cə­rə­ya­nı da ic­ti­ma­iy­yət ara­sın­da nü­fu­za ma­lik­dir: “İs­la­miy­yət fai­li müx­tə­lif mil­lət­lər­dən tə­şək­kül et­di­yi üçün pək tə­bii­dir ki, va­hid kül­li qüv­vət, sə­la­hiy­yət və mə­də­niy­yət, onu təş­kil et­mək­­də olan əza və əq­va­mın qüv­vət və mə­ta­nə­ti ilə mü­tə­­na­sib­dir. İs­lam mil­lət­lə­ri nə qə­dər güc­lü və mə­tin olur­sa, is­la­miy­yə­tin he­yə­ti-ümu­miy­yə­si də ey­ni nis­bət­də qüv­vət və mə­ta­nət kəsb edir. Mil­liy­yə­tə xid­mət et­mək fil­hə­qi­qə is­la­miy­­yə­tə də xid­mət et­mək de­mək­dir”.[10]

Ağa­oğlu ya­zır­dı ki, Türk-İs­lam bir­li­yi mə­sə­lə­sin­də Sul­tan Sə­lim­dən son­ra Na­dir şah Əf­şar mü­hüm rol oy­na­mış­dır: “Na­dir bu iş­də da­ha irə­li get­di; Tür­küs­ta­nı, Bu­xa­ra­nı, Xi­və­ni al­dı və Os­man­lı­lar­la bir­ləş­mək is­tə­di; sün­ni-şiə ix­ti­laf­la­rı­nı ara­dan qal­dı­ra­raq va­hid bir mil­lət və va­hid bir üm­mət qur­maq sev­da­sı­na düş­dü. Fə­qət bu sev­da­yə də İs­tan­bu­lun ina­dı ma­ne ol­du!”.[11]

Bizcə, Ağaoğlunun Türklük fəlsəfəsinə ciddi dönüşü ömrünün son dövründə olmuşdur. Belə ki, vəlcə, İslam şiəçiliyinin (şiəlik fəlsəfəsi) tərəfdarı olub İslam millətçisi (İslam fəlsəfəsi), daha sonra Qərb millətçiçi (Qərb fəlsəfəsi)

Ağa­oğ­lu­nun “Sər­bəst in­san­lar öl­kə­si” Türk dün­ya­gö­rü­şü əsa­sın­da ye­ni bir Türk döv­lə­ti­nin (Tür­ki­yə­nin) ifa­də­si­nin xə­ya­li bir var­lı­ğı­dır. Hər hal­da o, əsə­rin gi­ri­şin­də­cə qəh­rə­ma­nı­nın (yə­ni özü­nün) di­lin­dən tə­sa­dü­fən qeyd et­mir­di ki, mil­lə­ti­nin ilk məs­kə­ni Or­ta Asi­ya­nın yük­sək yay­la­sı olub, son­ra­dan dün­ya­nın dörd bir ya­nı­na ya­yıl­mış­dır. [12]

Ağa­oğ­lu Türk mə­də­niy­yə­ti­nin, ədə­biy­ya­tı­nın, de­mok­ra­ti­ya­sı­nın in­ki­şa­fı ilə ya­na­şı, bə­zi əsər­lə­rin­də Türk xalq­la­rı­nın qə­dim inanc­la­rı, adət-ənə­nə­lə­ri ilə bağ­lı fi­kir­lə­ri­ni bö­lüş­müş­dür. Mə­sə­lən, Ə.Ağa­oğ­lu bü­tün türk­lə­rin ən qə­dim di­ni-fəl­sə­fi tə­li­mi ki­mi zər­düş­ti­li­yi de­yil, şa­ma­nizm və tan­rı­çı­lı­ğı gör­müş­dür. “Tan­rı da­ğın­da” he­ka­yə-mə­qa­lə­sin­də Ə.Ağa­oğ­lu qə­dim türk­lə­rin, o cüm­lə­dən Azər­bay­can türk­lə­ri­nin şa­man­çı və tan­rı­çı inanc­la­rın­dan bəhs et­miş­dir. Onun fik­ri­nə gö­rə, Şa­man­lar Şa­mı Qa­ra­qum­lu Göy­çə həm də Tan­rı qu­lu, Tan­rı el­çi­si idi.[13] Ə.Ağa­oğ­lu bu he­ka­yə­sin­də gös­tər­mə­yə ça­lı­şır ki, Şa­man in­sa­nı Tan­rı ilə qo­vuş­du­ran bir mə­bud, Tan­rı­ya apa­ran yo­lun bə­ləd­çi­si­dir: “Özü­mü Tan­rı da­ğı­nın tə­pə­sin­də, Şa­ma­nı ön­də, özü­mü ar­xa­da ye­ri­yən gör­düm. Da­ğın tə­pə­si ge­niş və uzun bir mey­dan­dı. Min­lər­cə in­san­lar top­lan­mış­dı. Diq­qət et­dim: şa­man­lar və şa­man­la­ra qo­şul­muş mə­nim ki­mi Tan­rı aşiq­lə­ri idi! Hər elin şa­man­la­rı baş­da Şa­man­lar Şa­ma­nı ol­maq üz­rə ay­rı bir səf təş­kil edir­di. Odur, sa­rı rəng­li tu­ğun al­tın­da Cun­qa­ri­ya şa­man­la­rı, bax qır­mı­zı rəng­li tu­ğun ya­nın­da Qır­ğız şa­man­la­rı, o bi­ri tə­rəf­də göy rəng­li Or­xon şa­man­la­rı, da­ha o bi­ri yan­da ya­şıl rəng­li Qaş­qar şa­man­la­rı, on­la­rın sol tə­rə­fin­də Qo­bi şa­man­la­rı, sağ tə­rəf­də pən­bə rəng­li Al­tay şa­man­la­rı! Bu da bi­zim qa­ra rəng­li Qa­ra­qum şa­man­la­rı”.[14]

Ə.Ağa­oğ­lu­nun ya­ra­dı­cı­lı­ğın­da is­lam­çı­lıq, qərb­çi­li­k ide­ya­la­rı ilə bə­ra­bər Türk dün­ya­gö­rü­şü də mü­hüm yer tut­muş­dur. Ağa­oğ­lu Türk mə­də­niy­yə­ti­nin in­ki­şa­fı ilə ya­na­şı, bə­zi əsər­lə­rin­də Türk xalq­la­rı­nın fəl­sə­fi tə­fək­kü­rü, Türk dün­ya­gö­rü­şü ilə bağ­lı fi­kir­lə­ri­ni bö­lüş­müş­dür. Biz­cə, Ağa­oğ­lu­nun is­lam­çı­lıq və qərb­çi­lik ide­ya­la­rın­dan son­ra Türk fəl­sə­fə­si­nə, Türk dün­ya­gö­rü­şü­nə üz tut­ma­sı tə­sa­dü­fi ol­ma­mış­dır. Ağa­oğ­lu fərd və cə­miy­yət­lə bağ­lı bəs­lə­di­yi ümid­lə­ri­nin doğ­rul­ma­sı yo­lun­da Türk fəl­sə­fə­si­nin, Türk dün­ya­gö­rü­şü­nün əhəmiy­yətini də hiss etmişdir. Xü­su­si­lə də, onun Türk fəl­sə­fə­si­ni əsa­sən zər­düşt­lük­dən, qis­mən də is­lam­çı­lıq­dan fərq­lən­di­rib da­ha çox Tan­rı­çı­lıq üzə­ri­nə kök­lə­mə­si bu­nun ba­riz ör­nə­yi­dir.

[1] Hüseynzadə, Ə. B. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s.54

[2] Hüseynzadə, Ə. B. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s.64

[3] Hüseynzadə, Ə. B. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s.55

[4] Hüseynzadə, Ə. B. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s.64

[5] Hüseynzadə, Ə. B. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s.55

[6] Hüseynzadə, Ə. B. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s.57

[7] Hüseynzadə, Ə. B. Türklər kimdir və kimlərdən ibarətdir? Bakı, Mütərcim, 1997, s.226

[8] Yenə orada, s.186

[9] Ağaoğlu, Ə. Qafqazda milli məsələ. Bakı, Mütərcim, 2019, s.241

[10] Ağaoğlu A. Türk alemi. İslamiyet ve türklük//İstanbul, “Türk yurdu”, 1912, №7, s.198-199

[11]Ağaoğlu Əhməd. İran və inqilabı (Seçilmiş əsərləri).Bakı, “Şərq-Qərb”, 2007, s.123

[12] Ağaoğlu Əhməd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2007, s.188

[13] Yenə orada, s.78

[14] Yenə orada, s.85


MANŞET XƏBƏRLƏRİ