Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq


İranın nüvə proqramı ətrafında gərginlik pik həddə çatıb. Beynəlxalq vəziyyətin kəskinləşməsi və təhlükəsizlik mühitinin dəyişməsi fonunda Tehranda illərdir qüvvədə olan dini qadağanın (fətvanın) yenidən nəzərdən keçirilməsi təklif olunub.

Turkustan.az xəbər verir ki, bu barədə "İranlı jurnalistin gündəliyi" "Telegram" kanalı məlumat yayıb.

Bir qrup nüfuzlu din alimi ölkənin ali rəhbərliyinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə nüvə silahının yaradılmasını və ona sahib olmağı qadağan edən mövcud fətvanın ləğv edilməsi və ya ona yenidən baxılması təklif edilir.

Xatırladaq ki, İranda nüvə silahının hazırlanmasına dair qadağa 2000-ci illərin əvvəllərindən qüvvədədir və ölkənin ali rəhbəri tərəfindən təsdiqlənib. Lakin son illər regionda artan təhdidlər Tehranın bu "qırmızı xətti" keçə biləcəyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Ekspertlər hesab edir ki, əgər bu fətva dəyişdirilərsə, bu, Yaxın Şərqdə hərbi balansın tamamilə dəyişməsi və nüvə silahlanması yarışının yeni mərhələyə keçməsi demək olacaq./publika.az


MANŞET XƏBƏRLƏRİ