İsrailin Baş naziri Netanyahu ABŞ-la birlikdə bir aydan çoxdur İrana qarşı həyata keçirdikləri hücumlarda İranın polad istehsal gücünün 70 faizini məhv etdiklərini iddia edib.
Turkustan.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-la birgə hücumların İranın polad istehsal gücünün 70 faizini məhv etdiyini iddia edib.
Netanyahu Müdafiə naziri Yisrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və ordu komandanlığının qatıldığı Təl-Əvivdəki Kirya Müdafiə Nazirliyi kompleksində keçirilən vəziyyətin qiymətləndirilməsi iclasında çıxış etdi.
O, ABŞ ilə birlikdə İrana qarşı hücumlarını davam etdirdiklərini və İran hərbi komandirlərini öldürdüklərini söyləyərək, ölkədəki körpüləri və infrastrukturu da hədəf aldıqlarını əlavə etdi.
Aytən Yaşar/ Turkustan.az