İtaliyanın Baş naziri Giorgia Meloni Körfəz bölgəsinə səfərinə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən başlayıb.
Turkustan.az xəbər verir ki, Meloninin həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.
Əvvəllər ictimaiyyətə açıqlanmayan və "sürpriz" kimi xarakterizə edilən səfər Meloninin Ciddəyə gəlişindən sonra məlum olub.
Baş nazirin ofisindəki mənbələrin mətbuata açıqladığı məlumata görə, Meloninin səfərinin məqsədi bu ölkələrlə münasibətləri gücləndirmək, İranın hücumları qarşısında İtaliyanın dəstəyini bir daha təsdiqləmək və getdikcə güclənən strateji tərəfdaşlığı gücləndirmək idi.
Həmçinin Körfəz bölgəsinin İtaliya üçün həyati əhəmiyyətli neft və təbii qaz mənbəyi olduğu və Meloninin səfərinin İtaliyanın milli enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığı qeyd edilib.
Baş nazir Meloni həmçinin sosial media hesabında Ciddədəki görüşləri ilə bağlı video paylaşıb.
Aytən Yaşar/ Turkustan.az