Makron: Biz iki güclü dövlətin vassalı olmaq istəmirik!


Fransa Prezidenti Emmanuel Makron ABŞ və Çinə istinad edərək bildirib ki, onların məqsədi bu iki böyük gücün vassalına çevrilmək deyil.

Turkustan.az xəbər verir ki, Makron Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində Seuldakı Yonsei Universitetində tələbələrlə görüşü zamanı çıxış edib.

O qeyd edib ki, Fransa və Cənubi Koreya kimi demokratik ölkələrin birlikdə həyata keçirə biləcəyi geniş əməkdaşlıq imkanları mövcuddur. Makronun sözlərinə görə, bu əməkdaşlıq Avropa, Kanada, Braziliya və Hindistan kimi ölkələri də əhatə edən ortaq proqramlara əsaslanır.

ABŞ və Çinə toxunan Fransa lideri vurğulayıb: “Məqsədimiz iki dominant gücün vassalı olmaq deyil”.

Makron əlavə edib ki, qlobal arenada üçüncü yol mümkündür: “Biz nə Çinin dominantlığından asılı olmaq, nə də ABŞ-ın qeyri-müəyyən siyasətinə məruz qalmaq istəyirik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ