ABŞ-dan İranda vurulan qırıcı təyyarə ilə bağlı ilk açıqlama


İran İnqilab Keşikçiləri Korpusu hava hücumundan müdafiə sistemləri vasitəsilə İranın mərkəzində F-35 qırıcı təyyarəsini vurduğunu iddia edir.

Turkustan.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun bəyanatında deyilir: "İran İnqilab Keşikçiləri Korpusunun inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən mərkəzi İran hava məkanında Amerika istehsalı olan qabaqcıl F-35 qırıcı təyyarəsi məhv edilib".

Son 12 saat ərzində ikinci bir qırıcı təyyarənin vurulduğu iddia edilən açıqlamada, təyyarənin tamamilə məhv olması səbəbindən pilotun taleyi ilə bağlı hələlik heç bir məlumatın olmadığı bildirilib.

ABŞ İnqilab Keşikçilərinin iddiasını təsdiqlədi. "New York Times" qəzetinə danışan ABŞ rəsmiləri təyyarənin qəzaya uğradığını və axtarış-xilasetmə əməliyyatlarının başladığını bildiriblər.

Vurulan təyyarənin görüntüləri ölkə mediasında paylaşılıb.

Təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin də yerləşdiyi Böyük Britaniyadakı Leyknhit Hərbi Hava Qüvvələri bazasında yerləşən eskadrilyaya məxsus olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ