Əziz Sancar bu ölkənin vətəndaşı oldu


Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı olub.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə respublikanın Nazirlər Kabineti qərar qəbul edib.

Bildirilib ki, Ə.Sancarın elmi, texniki və mədəniyyət sahələrində Şimali Kipr Türk Respublikasına xidmət edəcəyi və xaricdə tanıdılmasına töhfə verəcəyi əsas götürülərək alimə vətəndaşlıq verilməsinə qərar verilib.


MANŞET XƏBƏRLƏRİ