"Türkiyə və Azərbaycan tarixdə olmadığı qədər ən mükəmməl dövrü yaşayırlar".
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə-Azərbaycan Qardaşlıq Forumunda deyib.
O bildirib ki, bu gün hər iki ölkənin dövlət liderləri birlikdə hərəkət etməkdədirlər.
"Bu qardaşlıq sarsılmazdır. Qardaşlığı öncəliklə xalqlarımız istəyir. Milli mənfəətlərimiz qarşısında da bu münasibət vacibdir", - o əlavə edib.