Livandakı partlayışda İran səfiri kor olub? - Səfirlikdən açıqlama


İranın Livandakı səfirliyi partlayışda səfirin kor olması xəbərini təkzib edib.

Turkustan.az xəbər verir ki, İranın Beyrutdakı səfirliyi bu gün “X” hesabından Livandakı partlayışda İran səfiri Müctəba Əmaninin səhhəti ilə bağlı paylaşım edib.

“İran səfirinin müalicəsi uğurla davam edir və onun sağlıq durumunun pis olması və ya görmə qabiliyyətini itirməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”,-deyə paylaşımda bildirilib.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən paytaxt Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ