İran hakimiyyətindən Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya növbəti sərt xəbərdarlıq edilib.
“Turkustan.az”-ın məlumatına görə, Ekspertlər Məclisinin sədr müavini və İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi “Fars News” agentliyinə müsahibəsində belə deyib:
“İranın xarici siyasətinin məqsəd və niyyətləri dünyada birqütblü sistemin hökmranlığını qırmaq üzərində qurulub və ŞƏT, BRİKS və sair kimi bütün razılaşmalar buna yönəlib.
Çin və Rusiya kimi ölkələrlə dostluq, iqtisadi, siyasi, elmi əlaqələr buna əsaslanır. Lakin biz Rusiyaya xəbərdarlıq edirik ki, dostluq münasibətlərinə baxmayaraq, üç adanın mülkiyyət məsələsi və Zəngəzur dəhlizi bizim “qırmızı” xəttimizdir”. /Cebheinfo.az/