Nüvə silahından özünümüdafiə üçün istifadə edəcəklərini əsas gətirən Kim Çen In ABŞ-ın əlindəki silahların Pxenyan üçün təhlükə yaratdığını bildirib.
Turkustan.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, prezident Kim Çen In ölkənin qurulmasının 76-cı ildönümü ilə bağlı keçirilən bayram tədbirlərində çıxış edib.
Xüsusilə ABŞ-dan artan nüvə silahının Şimali Koreya üçün təhlükə yaratdığını ifadə edən Kim, 'hərbi üstünlüyün qorunub saxlanmalı və daha da artırılması lazım olduğunu' söyləyib.
Kim, buna görə də ölkəsinin nüvə silah potensialını 'eksponent olaraq' artırmaq üçün siyasət yürütdüklərini açıqlayıb.
Davamlı olaraq nüvə təhlükəsinə məruz qaldıqlarını ifadə edən Kim, nüvə silahından “özünümüdafiə” üçün istifadə edəcəklərini və bunun heç kim üçün təhlükə yaratmayacağını müdafiə edib.
Kim deyib ki, Şimali Koreya “məsuliyyətli nüvə silahı dövlətidir”.
Eltac Zülfüqaroğlu/Turkustan.az