Ukrayna dövlət dəmir yolu şirkəti “Ukrzaliznitsa” Rusiyanın Odessa vilayətində taxıl ixracı üçün mühüm əhəmiyyət daşıyan Bilqorod-Dnistrovski körpüsünü vurduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, şirkətin məlumatına görə, körpü Dunay çayı üzərindəki limanlara taxıl daşınması üçün əsas marşrutlardan biridir.
“Ukrzaliznitsa” körpünün nə vaxt zədələndiyini və dağıntının miqyasını açıqlamayıb. Bildirilir ki, hazırda təxminən 3 min taxıl vaqonu yenidən ixrac üçün Dunay limanlarına doğru hərəkət edir.
Şirkətin rəsmisi vəziyyətin olduqca çətin olduğunu bildirib. Onun sözlərinə görə, körpünün qısa müddətdə bərpa edilərək istifadəyə verilməsi üçün iş aparılır.
“Bilqorod-Dnistrovski körpüsünü yenidən açmasaq, qatarların minimum gözləmə müddəti 26 gün olacaq”, - deyə rəsmi bildirib.
Aytən Yaşar/ Turkustan.az