İran yaxın saatlarda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab verməklə bağlı qərar verə bilər.
Turkustan.az xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
“Bir neçə gün və hətta yaxın bir neçə saat ərzində qərar verilə bilər. İlk növbədə, biz fələstinlilər olaraq müharibəyə qarşı olduğumuzu 2023-cü ilin 7 oktyabrında rəsmi olaraq bəyan etdik. Mülki əhalinin, qadınların, uşaqların öldürülməsi, nə olacağını hələ təxmin edə bilmərik. Amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq.
Nəticələrini qiymətləndirmək çətindir”, Mahmud Abbas bildirib. /yeniavaz.com/