HƏMAS BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarına cavab verdi


İsrailin Fələstində mülki şəxslərə qarşı hücumları davam edərkən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərardan qısa müddət sonra Həmasdan rəsmi açıqlama gəlib.

Turkustan.az xəbər verir ki, HƏMAS rəsmisi Sami Əbu Zuhri Birləşmiş Millətlər Təşkilatının (BMT) atəşkəs qərarını qəbul etdiklərini və detallarla bağlı danışıqlara hazır olduqlarını bildirib.

BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Co Baydenin mayın 31-də açıqladığı Qəzza ilə bağlı atəşkəs planını dəstəkləyən ABŞ-ın hazırladığı qanun layihəsini qəbul edib.

Təhlükəsizlik Şurası həmçinin HƏMAS-ı səkkiz aydır davam edən müharibəyə son qoymaq üçün atəşkəs planını qəbul etməyə çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ