Balıq yağı təəccüblü nəticələrlə gündəmdədir: Ürək dostu yoxsa düşmənidir?


Böyük Britaniyada yerləşən Biobank məlumat bazasından əldə edilən təəccüblü nəticələr balıq yağının sağlamlığa təsirini yenidən müzakirəyə çıxarıb. 40-69 yaş arası 415 min insanın 12 illik sağlamlıq məlumatlarının araşdırıldığı araşdırmada balıq yağının gözlənilməz üzü ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, yeni bir araşdırma, balıq yağından müntəzəm istifadənin sağlam insanlarda insult və ürək xəstəliyi riskini artıra biləcəyini ortaya qoydu. Beynəlxalq tədqiqatçılar İngiltərədəki Biobank məlumat bazasından əldə edilən məlumatları təhlil edərək, 40-69 yaş arası 415 mindən çox insanın sağlamlıq məlumatlarını araşdırıblar. Tədqiqat nəticələri göstərdi ki, balıq yağı ürək xəstəliyi olan insanlar üçün faydalıdır, lakin sağlam insanlarda riskləri artıra bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm olaraq balıq yağı əlavələrindən istifadə edən sağlam insanlarda atrial fibrilasiyanın (ürəyin qulaqcıqlarının yaratdığı aritmiya) inkişaf riski 13 faiz, insult riski isə 5 faiz artıb. Bununla belə, ürək xəstəliyi olan insanlarda balıq yağı əlavəsinin atrial fibrilasiyanın infarkt keçirmə riskini 15 faiz, ürək çatışmazlığından ölüm riskini isə 9 faiz azaltdığı bildirilib.

Balıq yağı orqanizmdə omeqa 3 və B12 vitamini səviyyəsini artıran bir vasitədir. Ancaq həddindən artıq istehlak bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq balıq yağı istifadəsinin 3 yan təsirini təqdim edirik:

Yüksək qan şəkəri: Yüksək miqdarda omeqa-3 yağ turşusu əlavələri diabetli insanlarda qan şəkərinin səviyyəsini artıra bilər.

Artan qanaxma: Diş ətinin qanaması və burun qanaması həddindən artıq balıq yağı istehlakının əlamətləri arasındadır.

Aşağı qan təzyiqi: Balıq yağının təzyiqi aşağı salmağa təsiri yaxşı məlumdur.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ