Bayden ABŞ-nin Əfqanıstanda yeni əməliyyat keçirməsi ehtimalından danışdı


ABŞ Prezidenti Co Bayden İŞİD-ə qarşı mübarizə üçün Əfqanıstanda yeni əməliyyatın keçirilməsinin zəruriliyini istisna edib.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, o, Vaşinqtonda Keniya prezidenti Uilyam Ruto ilə birgə mətbuat konfransında müvafiq bəyanatla çıxış edib .

“İŞİD-i Əfqanıstanı almadan başqa yollarla idarə etmək mümkündür - bu, təcili ehtiyac deyildi”, - deyə o bildirib.

Xatırladaq ki, Taliban 15 avqust 2021-ci ildə Əfqanıstan üzərində tam nəzarətin qurulduğunu elan edib. Bu hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.

31 avqust 2021-ci ildə Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentini tamamilə çıxararaq ölkədəki iyirmi illik hərbi missiyasını başa vurub. /Sfera.az/


MANŞET XƏBƏRLƏRİ