Norveç: "Netanyahunu həbs edəcəyik"


Norveç bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) onun barəsində həbs qərarı çıxarsa, İsrailin baş naziri Benyamin Netanyahunu həbs edəcək.

Turkustan.az xəbər verir ki, Norveç İsrailin baş naziri Netanyahunun həbsinə order veriləcəyi təqdirdə onu həbs edəcəyini açıqlayıb.

Norveçin xarici işlər naziri Espen Barth Eide, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun barəsində həbs qərarı çıxaracağı təqdirdə, Norveçin İsrailin baş naziri Benyamin Netanyahunu həbs edəcəyini açıqlayıb.

Norveç, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun barəsində həbs qərarı çıxaracağı təqdirdə İsrailin baş naziri Benyamin Netanyahunu həbs edəcəyini elan edən ilk Avropa ölkəsi oldu. Norveçin xarici işlər naziri Espen Barth Eide açıqlamasında "Netanyahu və ya HƏMAS-ın ittiham olunan liderlərindən biri Norveçə gələrsə, beynəlxalq hüquqa uyğun olaraq bunu etməyə borcluyuq. Eyni şey Avropanın bütün ölkələrinə də aiddir " dedi .

Digər tərəfdən, Cənubi Afrika, Fransa, Belçika və Sloveniya Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Əhməd Xanın Netanyahu və İsrailin müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsi tələbini dəstəkləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ