Pentaqonun sözçüsü general Pat Ryder tərəfindən edilən yazılı açıqlamada Ostin və Gallant arasında telefon danışığı olduğu bildirilib.
Turkustan.az xəbər verir ki, bəyanatda iki nazirin regional təhdidlər və "İranın Yaxın Şərqdə sabitliyi pozan hərəkətləri" ilə bağlı fikir mübadiləsi apardıqları, Ostinin Aşdod limanında yeni marşrut da daxil olmaqla Qəzzalı mülki vətəndaşlara humanitar yardım axınının artırılması və saxlanmasının vacibliyinə diqqət çəkdiyi bildirilib.
İki nazirin görüşü İsrail Baş nazir Binyamin Netanyahunun Qəzzanın cənubundakı təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rəfah şəhərinə daxil olmaq üçün tarix təyin etdiyi barədə açıqlamadan sonra gəlib.
ABŞMüdafiə Nazirliyi (Pentaqon) Qəzzanın Rəfah şəhərindəki vəziyyət və İsrailin mümkün hərbi əməliyyatı ilə bağlı İsrail rəsmiləri ilə müzakirələrin davam etdiyini açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzanın cənubundakı Rəfah şəhərinə girəcəyi tarix təyin etdiyi açıqlanıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az