Müharibənin dəyəri açıqlandı! Pentaqondan kritik hesabat


ABŞ-İsrailin İrana qarşı müharibəsinin ABŞ-a birbaşa hərbi xərci təxminən 33,4 milyard dollar təşkil edib.

Turkustan.az xəbər verir ki, Pentaqonun Baş Müfəttişlik Ofisinin hazırladığı yeni hesabatda müharibənin ABŞ-ın sursat ehtiyatlarına və təchizat zəncirinə ciddi təzyiq yaratdığı bildirilib.

Hesabatda qeyd olunub ki, fevralın 28-də başlayan müharibə nəticəsində böyük həcmdə sursat istifadə edilib, hərbi texnika itkisi və bazalara dəyən ziyan ABŞ-ın hərbi ehtiyatlarına əlavə yük yaradıb.

Pentaqon ABŞ-ın istifadə etdiyi silahların yenilənməsi üçün tədbirlər görür. Hesabatda müharibənin uzanacağı təqdirdə Vaşinqtonun yeni maliyyə və logistika problemləri ilə üzləşə biləcəyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ