İsrail İranı nə vaxt vuracaq?


İranın aprelin 13-də İsrailə PUA və dron hücumundan sonra cavab tədbirləri müzakirə edilir.

Beynəlxalq mətbuat bu mövzuya geniş yer ayırıb. Belə ki, İran 300 dron, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu buraxılmış raket və dronların 99 %-ni məhv etdiyini deyib. İsrail İranın hücumuna “əhəmiyyətli və güclü cavab” verəcəyini söz verib.

Ancaq bu cavab tədbirləri gecikir.

“Aprelin 22-dən 30-dək davam edən Pasxa bayramından əvvəl İsrail İrana qarşı cavab tədbirləri görməyəcək”.

Turkustan.az xəbər verir ki, bu barədə ABC televiziyası amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Adı açıqlanmayan rəsmi bildirib ki, vəziyyət həmişə dəyişə bilər: “Baxmayaraq ki, İsrailin bayramdan əvvəl hər hansı bir addım atması ehtimalı yoxdur”. Amerika rəsmisi qeyd edib ki, İran liderləri yüksək hazırlıq vəziyyətində gzləyir: “Onlardan bəziləri sığınacaqlarda və yeraltı obyektlərdədir”.

“İsrail rəhbərliyi İranın yəhudi dövlətinə raket və dron buraxdığı gecə ona qarşı irimiqyaslı zərbələr endirməyi planlaşdırırdı”. Bunu isə “The New York Times” öz mənbələrinə istinadən yazıb.

Mənbərə görə, İsrail rəhbərliyi irimiqyaslı zərbələr əmr etməyə “yaxın idi”. Məhz bu səbəbdən ABŞ rəsmiləri İsraili müdafiəsinə qələbə kimi baxmağa çağırıb ki, yəhudi dövləti bundan sonra daha da gərginləşdirici addımlar atmasın.

Nəşr qeyd edib ki, İsrailin Baş nazir Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə söhbətindən sonra cavab atəşi qərarını ertələyib və bundan sonra “ertələmələr” davam edib.

Pasxa yəhudilərin əsas bayramlarından biridir. İsraildən kənarda yaşayan yəhudilər ənənəvi olaraq bu bayramı səkkiz gün qeyd edirlər. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ