Hizbullah İsrail qərargahına zərbələr endirir


Hizbullahın silahlı dəstələri Qolan yüksəkliklərində İsrailin mövqelərinə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə qruplaşmanın məlumatında deyilir.

Bildirilib ki, Kalia yaşayış məntəqəsində İsrail hava hücumundan müdafiə qərargahı və ordu kazarmalarına onlarla raket zərbəsi endirilib.

İsrail Müdafiə Qüvvələri bildirir ki, raketlər açıq ərazilərə düşüb.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.


MANŞET XƏBƏRLƏRİ