Ağalarovun obyektində terroru kimlər törədib? - İlk məlumatlar


Moskvada "Krokus Siti"də terror aktını törədənlərlə bağlı ilk məlumatlar gəlməkdədir.

Turkustan.az Mash-a istinadən xəbər verir ki, hadisə şahidlərindən biri onların 5 nəfər olduğunu bildirib. Onun sözlərinə görə, terrorçular 5 nəfər olub:

"Onlar hazırlanmış və təlim görmüş yaraqlılar kimi davranırdılar. Binaya keçərkən mühafizəçilər və qapılarda dayanan insanlar həlak oldu. Sonra əsas giriş bağlandı.

Terrorçular AKM avtomatları ilə silahlanmışdı. Bəziləri müxtəlif döyüş sursatları daşıyırdı. Hücum edənlərdən ən azı ikisi, ehtimal ki, "Molotov kokteyli" olan bel çantaları daşıyırdılar.

/bakupost.az/


MANŞET XƏBƏRLƏRİ