Türkiyədə də güclü zəlzələ baş verdi


Türkiyənin Qəhrəmanmaraş vilayətinin Əlbistan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Qazaxıstan-Qırğızıstan sərhədində 5,4 bal gücündə zəlzələ olub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ