Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkəsinin ABŞ-la diplomatik münasibətləri bərpa etmək üçün çalışdığını və “nizamlı, institusional və təsdiqlənə bilən” demokratik keçid prosesinin başladığını bildirib.
Turkustan.az xəbər verir ki, Rodrigez Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Venesuelanın bu il iki əsas çətinliklə üzləşdiyini deyib. O, bunların ABŞ-la fikir ayrılıqlarından qaynaqlanan siyasi böhran və iyunun 24-də baş verən zəlzələlər olduğunu qeyd edib.
Rodrigez bildirib ki, bütün çətinliklərə baxmayaraq, Venesuela hazırda “yenidən doğulur”.
Venesuela ilə ABŞ arasında bu yaxınlarda imzalanmış müqaviləyə də toxunan müvəqqəti prezident sənədi iki ölkə arasında indiyədək imzalanmış “ən mühüm müqavilələrdən biri” adlandırıb.
Aytən Yaşar/ Turkustan.az