Terror təşkilatı DEAŞ-ın Suriyanın Homs əyalətində Bəşər Əsəd rejimi ordusuna məxsus konvoya təşkil etdiyi hücumda ilkin təsbitlərə görə 9 rejim ünsürü ölüb, 20 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, terror təşkilatı DEAŞ, Homsun Tedmur (Palmira) rayonunun səhra bölgəsində Əsəd rejimi ordusuna məxsus konvoyu pusquya salıb.
Ağır silahlarla başlanan hücum qarşıdurmaya çevrilərkən, ilkin hesablamalara görə, 9 rejim ünsürü ölüb, 20-yə yaxın ordu üzvü yaralanıb.
2 yanvar 2024-cü ildə DEAŞ terrorçuları Deyr əz-Zor vilayətinin cənubundakı Tebni kəndində Əsəd rejimi və İranın dəstəklədiyi terror qruplarından ibarət rejim qüvvələrinin yerləşdirildiyi 17-ci alaya hücum edərək, bir çox rejim ünsürünü nəzarətə götürüb.
Suriyada nüfuzunu böyük ölçüdə itirən DEAŞ, Homs, Dera, Suveyda və Deyr əz-Zor əyalətlərinin bir hissəsini əhatə edən “Badiyə” kimi tanınan səhra bölgəsində hüceyrə quruluşu olaraq varlığını qorumağa çalışır.
Terror təşkilatı zaman-zaman vur-qaç taktikası ilə Əsəd rejiminə və onun tərəfdarlarına itkilər verir.
Eltac/Turkustan.az