Türkiyədə ŞOK ANLAR: Kadırov dənizdə batmaqdan son anda qurtuldu


Çeçenistan prezidenti Ramzan Kadırov tətildə olduğu Bodrumda boğulmaq üzrə olub.

Turkustan.az xəbər verir ki, o, sahil mühafizəsi qrupları tərəfindən sahilə çıxarılaraq təcili yardımla xəstəxanaya aparılıb.

Hadisə günorta saatlarında baş verib. İddialara görə, dənizə girən Ramzan Kadırov qəfildən mübarizə aparmağa başlayıb. Yaxınlıqdakı şəxslər vəziyyəti görüb və təcili tibbi yardım briqadasına xəbər veriblər.

Kadırova çimərlikdə ilkin tibbi yardım göstərilib və daha sonra təcili tibbi yardım maşını ilə özəl xəstəxanaya aparılıb. Məlumata görə, xəstəxanada müalicə alan Kadırovun səhhəti yaxşıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ