İşğal genişlənir, diplomatiya hərəkətə keçir – Parisdə üçtərəfli görüş


İsrail dövlət televiziyası KAN-ın İsrail mənbəsinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Barak İsrailin strateji işlər naziri Dermer və Suriya xarici işlər naziri Şeybani arasında keçiriləcək görüşdə iştirak etmək üçün Parisə yola düşüb.

Turkustan.az xəbər verir ki, tərəflərin “təhlükəsizlik görüşü” keçirəcəyi bildirilsə də, onun məzmunu ilə bağlı başqa məlumat paylaşılmayıb.

Bildirək ki, İsrail ordusu 1967-ci ildən tutduğu Qolan təpələrinə bitişik bufer zonanı 2024-cü il dekabrın 8-də işğal edib.

İsrail əsgərləri işğalı bufer zonadan kənara çıxararaq paytaxt Dəməşqin 20 kilometrliyinə çatmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ