Berlinin İsrailə sadiqlik bəyanatı: “Bu məsuliyyət heç vaxt bitməyəcək”


Almaniyanın xarici işlər naziri Johann Vadephul ölkəsinin İsrailə dəstək siyasətinin dəyişməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, “Zeit” qəzetinə danışan Wadephul, Almaniyanın Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla 26 beynəlxalq tərəfdaşın Qəzzada mülki şəxslərin qeyri-insani şəkildə öldürülməsini pisləyən birgə bəyanatı niyə imzalamadığını əsaslandırmağa çalışıb.

İohann Vadeful "Hollandiya İsrailə qarşı siyasətini dəyişdi, Almaniya isə öz siyasətinə sadiq qaldı. Bunun üçün siyasi qiymət ödəyirsinizmi?" sualına belə cavab verdi.

"Mən bu cür təsnifləri rədd edirəm. Almaniyanın yəhudi dövləti qarşısında sonsuz məsuliyyəti var. Heç bir başqa ölkə milyonlarla insanı sənaye miqyasında qətlə yetirməyib. Heç kim bizdən İran, Husilər, Hizbullah və HƏMAS-ın təhdid etdiyi İsraili tərk etməyi tələb edə bilməz".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ